Xalq artisti Eldar Quliyevin 85 illik yubileyi qeyd olunacaq

Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli kinorejissor Eldar Quliyevin 85 illik yubileyi qeyd olunacaq.

Yubiley tədbiri 29 yanvar 2026-cı il, saat 16:00-da Azərbaycan Dövlət Film Fondunda keçiriləcək.

Tədbirdə rejissor Əfqan Yusifovun görkəmli sənətkara həsr olunmuş “Ən vacib müsahibə 2” sənədli filmi nümayiş etdiriləcək.

Giriş sərbəstdir.