Qazaxıstandan olan tələbə heyəti Film Fondunun qonağı oldu

Fevralın 25-də Azərbaycan Dövlət Film Fondunda Qazaxıstandan olan tələbə heyəti ilə görüş keçirildi.

Fondun qonağı olan tələbələr burada kino muzeyinin eksponatları və Qazaxıstan filmlərinin nadir arxiv materialları ilə yaxından tanış oldular, məşhur Azərbaycan filmlərinin lentə alındığı tarixi kino avadanlıqları, kino lentlərinin bərpa otağı və saxlanma bokslarına baxış keçirdilər.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təcrübə keçməyə gəlmiş qazaxıstanlı tələbələr Dövlət Film Fondundakı ekskursiyadan xoş təəssüratlarla ayrıldılar.