Aprelin 6-da Nizami Kino Mərkəzində Latviyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə latviyalı rejissor İnara Kolmanenin “Bille” filminin təqdimatı keçirilib.
Tədbirdə çıxış edən kino tənqidçisi Ülvi Mehdi qonaqları salamlayaraq latviyalı rejissor İnara Kolmane ilə bir neçə il əvvəl beynəlxalq festivalda tanış olduğunu bildirib. O, İ.Kolmanenin lentə aldığı filmlərin əhəmiyyətindən bəhs edib.
Bakıya ikinci dəfə səfər etdiyini bildirən filmin rejissoru İnara Kolmane indiyədək burada onun üç filminin göstərildiyini diqqətə çatdırıb.