Bakıdakı Rus Evinin təşkilati dəstəyilə “Kurban Said” Yaradıcılıq Məkanında Gürcüstanın məşhur ssenaristi, dramaturq, rejissor, rəssam Rezo Qabriadzenin xatirəsinə həsr olunmuş gecə keçirilib. Tədbir şair Vəfa Məmmədovanın “Zamanın dumanlı güzgüsündə” müəllif layihəsi çərçivəsində baş tutub.
“Baku Art Group” şirkətinin direktoru V.Məmmədova öz çıxışında kino xadimini belə təqdim edib: “Rezo Qabriadze tamaşaçılarla onların anladığı dildə danışmaq qabiliyyətinə malik böyük şəxsiyyət idi. O sehrbaz idi. Sehrbaz və ölüm anlayışları isə bir yerə sığmır. Bu cür insanlar həmişəyaşardırlar.”
Tədbirdə tamaşaçılara ssenaristin oğlu Levan Qabriadze tərəfindən çəkilmiş “Bilirsənmi, ana, harada idim?” filmi təqdim olundu.