Azərbaycan Dövlət Film Fondunda “Özbək kinosu günləri” çərçivəsində ilk nümayiş baş tutdu.
Əvvəlcə Özbəkistan kinematoqrafçılarının nümayəndələri Dövlət Film Fondunda filmlərin saxlanma şəraiti ilə tanış oldular. Artefaktlar muzeyini ziyarət etdikdən sonra qonaqlara Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev tərəfindən Fondda saxlanılan Özbəkistan filmləri və film materialları haqqında məlumat verildi.
Sonra Özbəkistan kino xadimləri Azərbaycan tamaşaçılarını salamladılar. “Özbək kinosu günləri” çərçivəsində rejissor Yolkin Tuyçiyevin 2020-ci ildə çəkilmiş “Fəridənin 2000 mahnısı” filmi nümayiş etdirildi.