Rusiyanın Əməkdar incəsənət xadimi, rejissor, aktyor Məmməd Məmmədov Moskva şəhərində vəfat edib.
Məmməd Məmmədov “Anın quruluşu”, “Bağlı qapı”, “Üzeyir ömrü”, “Gümüşü furqon”, “Asif, Vasif, Ağasif”, “Burulğan”, “Təxribat” kimi Azərbaycan filmlərinin əksəriyyətində baş rolları ifa edib.
Azərbaycan Dövlət Film Fondunun rəhbərliyi və kollektivi Xalq artisti Şəfiqə Məmmədova başda olmaqla, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!