Azərbaycanın Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcov vəfat edib.
Cəmil Fərəcov “Arvadım mənim, uşaqlarım mənim”, “Mikayıl Abdullayev”, “Suvenir”, “Qızıl balıqlar”, “İnsanlar, atlar, təkərlər”, “Fərhad. Portret cizgiləri”, “Azərbaycan kinosu-80”, “Mən Bakını sevirəm”, “Əbədiyyətə uçuş” və s. filmlərin rejissorudur.
Fotoşəkil 14 yanvar 2022-ci ildə Cəmil Fərəcovun SSRİ Xalq artisti, görkəmli pianoçu, professor Fərhad Bədəlbəylinin yaradıcılığını özündə əks etdirən və Azərbaycan Dövlət Film Fondu tərəfindən kino lentindən bərpa olunmuş “Fərhad. Portret cizgiləri” sənədli filminin təqdimatı zamanı çəkilmişdir.
Azərbaycan Dövlət Film Fondunun rəhbərliyi və kollektivi mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!