Azərbaycan Dövlət Film Fonduna şəxsi arxivdən SSRİ Xalq artisti, görkəmli teatr və kino xadimi Adil İsgəndərovun nadir fotoşəkilləri daxil olub. Fotoşəkillərdə A.İsgəndərovun “Azərbaycanfilm” kinostudiyasının direktoru kimi “İstintaq davam edir” (1966) filminin çəkilişlərində iştirakı əks olunub.
Bu fotoşəkillərlə yanaşı, Dövlət Film Fondununun rəsmi saytı və sosial media hesabları vasitəsilə Adil İsgəndərovun 115 illik yubileyi ərəfəsində onun “Qanun naminə” (1968) filmində Kamilov obrazını ifa edərkən çəkilmiş kadrarxası görüntüləri də ictimaiyyətə təqdim olunur. Fotoşəkillər kinorejissor Muxtar Dadaşovun Film Fondunda qorunan şəxsi arxiv fonduna daxildir.