Azərbaycan Dövlət Film Fondunun muzeyinə qiymətli eksponat təqdim olunub.
Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar Emin Sabitoğluya məxsus, 1967-ci ildə istehsal olunmuş “Kvars-700 M” kinokamerası qorunub saxlanılması və ekspozisiyada nümayiş olunması üçün bəstəkarın qızı, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova tərəfindən Azərbaycan Dövlət Film Fondunun muzeyinə hədiyyə edilib.
Qeyd edək ki, Xalq artisti Emin Sabitoğlu “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Ad günü”, “İstintaq”, “Bəyin oğurlanması”, “Həm ziyarət, həm ticarət” və s. Azərbaycan filmlərinin bəstəkarı olub.