Noyabrın 22-də Azərbaycan Dövlət Film Fondunun rəhbərliyi və əməkdaşları Xalq artistləri, kinorejissor Rasim Ocaqov və aktyor Həsən Məmmədovun doğum günləri münasibətilə görkəmli sənətkarların xatirəsini məzarları başında yad etdilər.
Anım mərasimində hər iki kino xadiminin ailə üzvləri və Xalq artisti Fəxrəddin Manafov iştirak etdilər.