Azərbaycan mədəniyyətində ağır itki üz vermişdir. Azərbaycan incəsənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, tanınmış kino rəssamı Rafiq Nəsirov vəfat etmişdir.
Rafiq Əliş oğlu Nəsirov 4 avqust 1947-ci ildə anadan olmuşdur. 1969-cu ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq şöbəsini bitirmişdir. “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Bədbəxtliyin astanasında”, “Yeddi gözəl”, “Əzablı yollar”, “Musiqili xaş”, “Bəyin oğurlanması”, “Cin mikrorayonda”, “Qəm pəncərəsi”, “Araqarışdıran”, “Şeytan göz qabağında”, “Yaramaz”, “Sahilsiz gecə”, “Bəxt üzüyü”, “Qəzəlxan”, “Nakəs”, “Həm ziyarət, həm ticarət”, “Yük”, “Otel otağı”, “Sarı gəlin”, “Nə gözəldir bu dünya”, “Ovsunçu”, “Küçələrə su səpmişəm”, “Məhkumlar”, “Biz qayıdacağıq”, “Günaydın, mələyim”, “Dolu” və s. filmlərin quruluşçu rəssamı olmuşdur.
Allah rəhmət eləsin!