Azərbaycan Dövlət Film Fondunda 20 Yanvar faciəsi qurbanları anıldı

Azərbaycan Dövlət Film Fondunda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək, XX əsrdə törədilmiş qanlı hadisələrdən olan 20 Yanvar faciəsi haqqında məlumat verdi. Bu hadisənin ümumilikdə, insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət, eyni zamanda tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olduğunu diqqətə çatdırdı.

Tədbirin sonunda rejissor Nizami Abbasın “Silahdaşlar” sənədli filmi nümayiş olundu.