Azərbaycan incəsənətinə ağır itki üz verib. Xalq artisti Əminə Yusifqızı vəfat edib.
Əminə Yusifqızı 50-ci illərin sonundan başlayaraq, Azərbaycan kinematoqrafiyasında uzun illər fəaliyyət göstərib. “Şərikli çörək”, “Musiqi müəllimi”, “Tənha narın nağılı”, “Yay günlərinin xəzan yarpaqları”, “Qətl günü” və s. filmlərdə çəkilmiş, onlarla klassik filmin səsləndirilməsində iştirak etmişdir.
Əminə Yusifqızı Azərbaycanın Əməkdar və Xalq artisti fəxri adlarına layiq görülmüş, “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Azərbaycan Dövlət Film Fondu tanınmış aktrisanın vəfatı ilə əlaqədar mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!