Kinorejissor Hafiz Fətullayevin doğum günüdür

Kinorejissor, ssenarist, aktyor Hafiz Fətullayevin anadan olmasından 82 il ötür.

Hafiz Fətullayev 24 fevral 1944-cü ildə Bakıda anadan olmuşdur. 1953-1963-cü illərdə Bakının xalq teatrlarında müxtəlif rollarda çıxış etmişdir. 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki ADMİU) bitirmişdir. 1971-1977-ci illərdə Akademik Milli Dram Teatrında rejissor assistenti, aktyor kimi fəaliyyət göstərmişdir. 1980-1990-cı illərdə Azərbaycan Televiziyasında, daha sonra Lider Televiziyasında rejissor kimi çalışmışdır. 1995-ci ildən “Rimur” müstəqil kino şirkətinin rəhbəri olmuşdur. Paralel olaraq, Respublika İncəsənət Gimnaziyasının kino şöbəsində kino sənətindən dərs demişdir.

“Müqəddəs oda yanaram” (1991, kinorejissor Gülbəniz Əzimzadə ilə birgə) və “Qırmızı qatar” (1993, rol – Sivi) filmlərinin ssenari müəllifi və rejissoru olmuşdur. Bir çox televiziya verilişlərinə ssenari yazmışdır. Bundan başqa “Mosfilm” kinostudiyasının istehsalı olan “Sakitlik” (1964) filmində neftçi Nurəddin, rejissor Nazim Dadaşovun çəkdiyi “Mücrü” (1973) dramında ata

rollarında çəkilmişdir. “Donanma” (1996) tammetrajlı, “Bahar gəzər elləri” (2001) televiziya sənədli filmini, ilk dəfə “Bulama” (“Yeralaş”) uşaq satirik telejurnalının 2 sayını (1999-2000) çəkmişdir.

Hafiz Fətullayev uzun sürən xəstəlikdən sonra 70 yaşında (20.01.2015) Bakıda vəfat etmişdir.

Dövlət Film Fondu