Azərbaycan filmi “Çölçü” İtaliya, Tailand, Hindistan və Türkiyədə 7 dəfə mükafata layiq görülmüşdür

07.05.2020

Şamil Əliyevin “Çölçü” filmi GREEN CHILI INTERNATIONAL FILM FESTIVAL 2020 (Yanvar – Aprel, HINDISTAN, GANGTOK) beynəlxalq festivalında 2 (iki)kateqoriya üzrə mükafatlara layiq görülmüşdür. Ən Yaxşı Bədii film (rejissor Şamil Əliyev), Rejissor işinə görə mükafat (Şamil Əliyev)

“Çölçü” filmi La Dolce Vita Roma 2020 (Yanvar – Aprel, İtaliya, Roma) festivalında da 3 (üç) kateqoriya üzrə mükafatlara layiq görülmüşdür. Ən Yaxşı Bədii Film –Şamil Əliyev (OUTSTANDING ACHIEVEMENT AWARD – Xüsusi Mükafat), Ən Yaxşı Aktyor – Bəhruz Vagifoğlu, Ən Yaxşı Alrisa – Salome Demuria.

Pattaya International Film Festival 2020 (Yanvar – Mart, Tailand, Pattaya) festivalında Ən Yaxşı Bədii film mükafatına layiq ğörülmüşdür

Andromeda Film Festival 2020 (Türkiyə, İstanbul) festivalında SPECIAL FILM Mükafatına layiq görülmüşdür.

Müsabiqələrin nəticəsi COVID-19 pandemiyası il əlaqədar olaraq  onlayn formatda elan olunmuşdur.

2012-ci ilin istehsalı olan Şamil Əliyevin “Çölçü” filminin gündəmdə olmasının səbəbi, rejissorun sözlərinə gürə “Bunun səbəbi filmin qldırdığı sualın aktuallığı ilə bağlıdır. Qloballaşan Dünya ilə milli özgür mədəniyyət arasındakı antroploji katastrofa filmin əsas niyyətini təşkil edir ”

Qeyd edək ki, Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı və qalibi olan Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 73 beynəlxalq film festivalında iştirak edərək 40-dan artıq müxtəlif mükafatlara layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Prodüser M. Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.