Rejissor Elçin Musaoğlunun quruluş verdiyi “Məryəm” filmi istehsala buraxılıb.
Kinostudiyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda film üzərində iş prosesi davam edir. Filmin çəkilişləri may-iyun aylarında Şəki, Qax, Zaqatala və Balakən bölgələrində aparılacaq.
Filmin süjet xətti ölmüş bildiyi atasını görmək üçün uzun illər sonra Azərbaycana gələn və onu ucqar rayonda yerləşən ruhi-əsəb xəstəxanasında tapan Məryəm adlı qızdan bəhs edir.
25.04.2021