Aktyor Telman Adıgözəlovun doğum günüdür

İstedad və bacarığına, özünəməxsus yaradıcılıq üslubuna görə seçilən, sevilən aktyorlarımızdan olan Telman Adıgözəlovun  anadan olmasının ildönümüdür (17.07.1953). Yaradıcılıq qismətinə düşən irili-xırdalı rollarını yüksək sənətkarlıq keyfiyyəti ilə canlandıran, rollarının təfsirində ekran hadisələrinin məzmununu aydınladan, rejissor ideyasının dolğun təcəssümünə, təsdiqini tapmasına nail Ətraflı

Aktyor Vidadi Həsənovun doğum günüdür

Sənətdə tanınmaq, sevilmək istedaddan əlavə gərgin yaradıcılıq axtarışları, böyük əmək, zəhmət tələb edir. Bu mənada yalnız sənətin cəfasına qatlaşanlar, dözənlər onun səfasını görə, sevilə, sevdikləri ilə əhatələnə bilərlər. Tanınmış aktyor Vidadi Həsənov da Azərbaycan teatr, kino sənətində göstərdiyi sənət biliciliyi, Ətraflı

Kinorejissor Rasim İsmayılovun doğum günüdür

Azərbaycan kinosunun görkəmli nümayəndəsi, kinorejissor, Əməkdar incəsənət xadimi Rasim İsmayılovun anadan olmasından ildönümüdür (13.07.1936). İstedadlı kinematoqrafçının peşəkar müşahidə qabiliyyəti ekranlaşdırdığı filmlərdə həyat faktlarını məharətlə təhlil etməyə imkan yaradıb. Müxtəlif dövr müasirlərinin yaşayış tərzini, xüsusiyyətlərini, hadisələrə münasibətini dəqiqliklə göstərməsinə  səbəb olub. Ətraflı

Aktrisa Rimma Məmmədovanın doğum günüdür

Rimma Məmmədova. Bu ad çoxlarımıza “Bizim küçə” filmindən Gözəlova  Sara rolunun ifaçısı kimi yaxşı tanışdır. İkinci Dünya müharibəsi dövründə itkin düşən, vətənindən uzaqlarda yaşamağa məcbur olan azərbaycanlı qızın həyatından bəhs edən filmdə ağır günlərin sarsıntıları aktrisanın təqdimatında dolğun, inandırıcı canlandırılmışdır. Ətraflı