Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Anar Qabil oğlu Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilib.
Azərtac xəbər verir ki, ölkə başçısının digər Sərəncamı ilə A.Kərimov Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
Xatırladaq ki, A.Kərimov 2014-cü ildə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi təyin edilmişdi və Prezidentin digər Sərəncamı ilə ona ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilmişdi.
Sərəncama əsasən, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti olaraq icra etmək səlahiyyəti də Mədəniyyət nazirinin birinci müavini Anar Kərimova verilib.
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişikliklərə əsasən, ölkə başçısının fərmanı ilə Mədəniyyət nazirinin birinci müavinlərinin sayı 2-yə çatdırılıb.