Əməkdar mədəniyyət işçisi Lidiya İvanovna Şarkovkina vəfat edib

Azərbaycan kinosunun veteranı Lidiya İvanovna Şarkovkina uzun sürən xəstlikdən sonra 86 yaşında Belarusiyanın Vitebsk şəhərində vəfat etmişdir.

 O, uzun illər Cəfər Cabbarlı adına “Azərbaycanfilm”  kinostudiyasının aşkarlanma labaratoriyasının müdiri, Dövlət Film Fondunun baş kimyaçısı kimi fəaliyyət göstərmişdir. Bir çox milli filmlərimizin aşkarlanmasında,bərpasında onun misilsiz əməyi olmuşdur.

O, Azərbaycan SSRİ Ali Sovetinin “Fəxri fərmanı”, “Qırmızı əmək bayrağı” ordeni, “Əməkdə igidliyə” görə medalı, Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işcisi” fəxri adlarına layiq görülmüşdür.

Onun xatirəsi kino işçilərinin qəlbində daim yaşayacaqdır.

Dövlət film fondunun kollektivi Lidiya İvanovna Şarkovkinanın vəfatından kədərləndiyini bildirir və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

Allah rəhmət elesin!

30.12.2020