XVI Bakı Caz Festivalı çərçivəsində İçərişəhərdə yerləşən Art Tower-də kino günləri keçirilmişdir. Tədbirdə ötən əsrin əfsanəvi kinematoqrafiya nümunələri təqdim olunmuşdur.
Kinoşünas Ülvi Mehdi kino və caz həvəskarlarına alman rejissoru Vim Vendersin inqilabdan sonrakı Kuba haqqında sənədli film improvizasiyası və əfsanəvi diksilend caz qrupu “Buena Vista Social Club” haqqında danışdı. Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini 1990-cı illərin ikinci yarısında Kubaya səfəri və “Buena Vista Social Club”un konsertlərindən aldığı təəssüratlardan danışdı.
Rejissor Martin Skorsezenin 1977-ci ildə çəkdiyi “Nyu-York, Nyu-York” filminin nümayişi tamaşaçılarda xüsusi maraq oyatdı. Özündə komediya elementlərini birləşdirən lirik drama Hollivud ulduzları Robert de Niro və Layza Minellinin iştirakı ilə çoxsaylı musiqi nömrələri də daxildir.
Nümayişlər gənclərin fəal müzakirələri ilə müşayiət olundu. Kinoşünas Ülvi Mehdi tamaşaçılara – kino və caz həvəskarlarına XX əsr Bakısının retro yay kinoteatrlarının ab-havasını yaratdıqlarına görə təşəkkürünü bildirdi.
Dövlət Film Fondu