Tatar Kino Günləri çərçivəsində film nümayişi baş tutub

Oktyabrın 22-də Kino Evində Tatar Kino Günləri proqramı çərçivəsində, “Tatarkino”nun istehsalı olan “Molla” filminin baxışı baş tutdu.

Aki.az xəbər verir ki, “Tatarkino”, Tatarıstanın Azərbaycanda nümayəndəliyi və Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin nümayəndələrinin iştirakı ilə keçən tədbiri Mərkəzin mədəniyyət layihələri üzrə məsul Vəfa Məmmədova açıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Oleq Səfərəliyev Tatar və Azərbaycan xalqlarının birgə mədəni köklərini nəzərə alaraq əməkdaşlıq perspektivlərinin çox olduğunu qeyd edib.

Yeri gəlmişkən, “Tatarkino”nun rəhbəri Milyauşa Aytuqanova ilk dəfə Bakıda olduğunu, şəhərin insanlarına, memarlığına və mətbəxinə vurulduğunu deyib. Aytuqanova “bu hisslərimiz birgə filmlərimizdə də öz əksini tapmalıdır” deyərək çıxışını sona yetirib.

Müasir Tatar cəmiyyətinin aktual mənəvi problemlərinə həsr olunan “Molla” filmi tamaşaçıların marağına səbəb oldu.