General-mayor Mustafa Nəsirova aid arxiv materialları Dövlət Film Fonduna təhvil verilib

25 oktyabr 2021-ci ildə Böyük Vətən müharibəsi veteranı, Azərbaycan Sərhəd Qoşunlarının general-mayoru, “Şöhrət” ordenli Mustafa Nəsirovun anadan olmasının 100 ili tamam olur. Yubileylə əlaqədar Azərbaycan Dövlət Film Fonduna 35 mm-lik kinolentdə general-mayorun həyat və fəaliyyətilə bağlı arxiv materialları təhvil verilib.

Materiallar 25 il bundan əvvəl Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Quliyev tərəfindən “Yaddaş” studiyasında lentə alınıb.

Arxiv materiallarının bir hissəsini təqdim edirik.