Rasim İsmayılovun 85 illik yubileyi münasibətilə sərgi təşkil olunub

Azərbaycan Dövlət Film Fondunda kinorejissor, kinooperator, ssenarist, Əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı Rasim İsmayılovun 85 illik yubileyi münasibətilə geniş fotosərgi təşkil olunub.

Rasim İsmayılovun xatirəsinə həsr olunmuş sərgiyə rejissorun həyat və yaradıcılığını özündə əks etdirən fotoşəkillər daxil edilmişdir. Burada nümayiş etdirilən bütün fotoşəkillər Rasim İsmayılovun Dövlət Film Fondunda yaradılmış şəxsi arxiv fondunda qorunub saxlanılır. Fotosərgidə 40-dan artıq fotoşəkil nümayiş olunur.

Sərgi dekabrın 14-nə kimi davam edəcək.