Səfurə İbrahimovanın vəfatının ildönümü münasibətilə sərgi təşkil olunub

Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, Dövlət Mükafatı laureatı, aktrisa Səfurə İbrahimovanın xatirəsinə həsr olunmuş fotosərgi təşkil olunub. Fotosərgidə görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən nadir fotolar nümayiş olunur.

Xalq artisti Səfurə İbrahimova “Bizim küçə”,  “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın”, “Sevil”, “Qatır Məmməd”, “Alma almaya bənzər”, “Tütək səsi”, “Dərviş Parisi partladır”, “Qayınana” və s. bədii filmlərdə yaddaqalan surətlər yaradıb.

Sərgi dekabrın 21-nə kimi davam edəcək. Xatırladaq ki, aktrisa Səfurə İbrahimovanın vəfatından 1 il keçir.