“Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” layihə müsabiqəsinin bədii seçim mərhələsinin nəticələri

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 2021-ci ilin dekabr ayında elan etdiyi  “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsinin bədii seçim mərhələsi yekunlaşıb. Müsabiqəyə ümumilikdə 45 layihə təqdim edilib. Münsiflər heyətinin müzakirələri və qiymətləndirməsi nəticəsində 45 layihədən 12-i növbəti mərhələyə – “pitçinq” mərhələsinə buraxılıb.

PİTÇİNQ MƏRHƏLƏSİNƏ KEÇƏN LAYİHƏLƏR:

Layihənin adıTəqdim edən şirkət
1“Atalar və oğullar”“Buta film” MMC
2“Çovdar çörəyi”“Oksimedia” MMC
3“Əlvida, noyabr!”“Ultra Production” MMC
4“Qıfıl”“Nova Gorica” Kino Mərkəzi MMC
5“Martinin səyahəti”“Nova Gorica” Kino Mərkəzi MMC
6“Mavi sviterli adam”“Mandarin agency” Co
7“Müqəddəs inək”“Narimanfilm” MMC
8“Ölü Həsən”“Ultra Production” MMC
9“Özgə ağrı”“IR Production”
10“Özünlə müsahibə”“International Media Bridge” MMC
11“Şah İsmayılın xəzinəsi”“Breeze Motion Films” MMC
12“Uçurum”“Cinemedia” MMC

Müsabiqənin pitçinq mərhələsi 18 mart 2022-ci ildə saat 11.00-dan etibarən Dövlət Film Fondunda keçiriləcək. Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, İştirakçılar layihələrini açıq Pitçinqdə təqdim edəcəklər. Müsabiqənin Pitçinq mərhələsi canlı yayım formasında Dövlət Film Fondunun rəsmi “Youtube” kanalında ictimaiyyətə nümayiş etdiriləcək. Müsabiqənin qalibləri pitçinqdən sonra Mədəniyyət Nazirliyinin rəsmi internet saytında (www.culture.gov.az) və “Mədəniyyət” qəzetində elan ediləcək.

Müsabiqə milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə keçirilir. Qeyd edək ki, hər qalib layihəyə ən çox 100.000 (yüz min) manata qədər maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Müsabiqənin ümumi dəstək fondu 300.000 (üç yüz min) manat təşkil edir.

Müsabiqənin Münsiflər heyətinin tərkibi aşağıdakı kimidir:

Münsiflər heyətinin sədri:
Oleq Səfərəliyev

Münsiflər heyətinin üzvləri:
İlqar Fəhmi
Mehrban Ələkbərzadə
Asif Rüstəmov
Şamil Süleymanov
Nadir Əliyev
Hacıbala Səfərov