Azərbaycan Dövlət Film Fondunda Zəfər Günü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Fondun direktoru Cəmil Quliyev çıxış edərək hər kəsi bayram münasibəti ilə təbrik etmiş, Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləmişdir.
Sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.