Martın 1-də Nizami Kino Mərkəzində “Dalan” sənədli filminin təqdimat mərasimi keçirilib.
Tədbirdə mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və media iştirak edib.
“Dalan” sənədli filmi regionda gedən münaqişələrin qaynaqlarından bəhs edir. Filmin ideya və ssenari müəllifi Şahin Hacıyev, rejissoru Teymur Şahinoğlu, prodüserləri isə Balakişi Qasımov və İsmayıl Səfərəlidir.
Film dörd il ərzində altı ölkədə çəkilib. Qeyd edək ki, çəkilişlər İkinci Qarabağ müharibəsindən əvvəlki və sonrakı dövrü əks etdirir.
Filmdə Azərbaycan Dövlət Film Fondu da daxil olmaqla, bir çox arxivlərin materiallarından istifadə olunmuşdur.