Martın 31-də Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda “Azərbaycan sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış çərçivəsində növbəti tədbir keçirilib. Tədbir Əməkdar incəsənət xadimi, kinooperator, rejissor Ələkbər Muradovun yaradıcılığına həsr olunub.
Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, 31 mart – Azərbaycanlıların Soyqırımı Gününün tarixindən və rejissorun yaradıcılığından bəhs etdi. Tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə Ələkbər Muradovla televiziyada birlikdə işlədiyi dövrlə bağlı xatirələrini bölüşdü.
Tədbirin sonunda rejissor Ə.Muradovun 1918-ci il azərbaycanlıların soyqırımı mövzusunda çəkdiyi “Yaddaşın rəmzi” sənədli filmi nümayiş olundu.