Azərbaycanın Xalq artisti, görkəmli kinorejissor Rasim Ocaqovun anadan olmasının 90 illiyi Türkiyədə qeyd olunacaq.
Azərbaycan və Türkiyə Respublikalarının Mədəniyyət Nazirliklərinin, TÜRKSOY, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi və Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə baş tutacaq tədbir 22 yanvar 2024-cü il saat 15:00-da Ankara Milli Kitabxanasının konfrans salonunda baş tutacaq.
Yubiley gecəsində Rasim Ocaqovun həyat və yaradıcılığını özündə əks etdirən fotosərgi təşkil olunacaq və rejissorun 1993-cü ildə ekranlaşdırdığı “Təhminə” filmi nümayiş olunacaq.
Giriş sərbəstdir.