Kinorejissor Şamil Mahmudbəyovun 100 illik yubileyi qeyd olunacaq

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə tanınmış kinorejissor, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun 100 illik yubileyi qeyd olunacaq.

Yubiley tədbiri 29 fevral 2024-cü il, saat 16:00-da Azərbaycan Dövlət Film Fondunda baş tutacaq.

Giriş sərbəstdir.