Azərbaycan Dövlət Film Fondunda “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təlimi keçirildi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə “Mədəniyyətə könül ver!” layihəsi çərçivəsində “Bizimlə öyrən” adlı silsilə təlim və görüşlərin ilk ünvanı Azərbaycan Dövlət Film Fondu oldu.

Mayın 3-də “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin üzvləri Azərbaycan Dövlət Film Fondunun qonağı oldular. Görüşün təlimçisi, Fondun şöbə müdiri Rəşad Qasımov qonaqlara qurumun yaranması, tarixi, fəaliyyəti və iş prinsipi haqqında ətraflı məlumat verdi. Təlim zamanı “Babək” filminin çəkilişi zamanı kinooperator Yuri Varnovskinin lentə aldığı kadrarxası görüntülərə baxış keçirildi. Sonra qonaqlar məşhur Azərbaycan filmlərinin lentə alındığı tarixi kino avadanlıqları, muzey, kino lentlərinin bərpa otağı, saxlanma boksları və digər arxivlərlə tanış oldular.

“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin üzvləri Dövlət Film Fondundakı təlim və ekskursiyadan xoş təəssüratlarla ayrıldılar.