Martın 19-da Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin media və audiovizual texnologiyaların istismarı fakültəsinin 2-ci kurs tələbələri Azərbaycan Dövlət Film Fondunun qonağı oldular.
Əvvəlcə qonaqlar məşhur Azərbaycan filmlərinin lentə alındığı tarixi kino avadanlıqları, muzey, kino lentlərinin bərpa otağı və saxlanma boksları ilə tanış oldular. Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev qonaqlara qurumun yaranması, tarixi, fəaliyyəti və iş prinsipi haqqında ətraflı məlumat verdi.
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbə heyəti Dövlət Film Fondundakı ekskursiyadan xoş təəssüratlarla ayrıldılar.