Azərbaycan Dövlət Film Fondunda davam etdirilən tədqiqat işləri nəticəsində Azərbaycan kinosu tarixinə aid unikal arxiv materialı müəyyən olunmuşdur.
Qocaman kino işçisi, fotoqraf Məmməd Babayevin şəxsi arxivini araşdırarkən aşkar olunan nadir fotoşəkil ötən əsrin 30-cu illərinə aiddir.
Aparılan araşdırmalar nəticəsində fotoşəklin kinorejissor Abbas Mirzə Şərifzadənin 1935-ci ildə ekranlaşdırdığı “Məhəbbət oyunu” bədii filminin çəkilişlərinə aid olduğu müəyyən edilmişdir. Fotoşəkildə filmin yaradıcı heyəti – rejissor, operator, aktyorlar və texniki heyət öz əksini tapmışdır.