Münəvvər Kələntərli – 110

Azərbaycan teatr və kino sənətində özünəməxsus yaradıcılıq tərzinə, ifa manerasına, istedad və bacarığına görə çoxsaylı tamaşaçı auditoriyasının sevgisini qazanan aktrisalarımızdan biri də Əməkdar artist Münəvvər Kələntərlidir. Aktrisanın uğurlu səhnə və ekran obrazları sənətə olan sonsuz hörmətinin təzahürüdür. Teatr və kino Ətraflı

Əlihüseyn Hüseynov – 100

İnsan əməyi, zəhməti sayəsində tanınır, müsbət fərdi cəhətlərinə görə də sevilir. Azərbaycan kinosunda özünəməxsus dəst-xəttinə görə seçilən Əlihüseyn Hüseynov da xoş insani keyfiyyətlərinə görə ətrafındakıların, peşəkar yaradıcılığına görə isə kinosevərlərin sevgisini qazanıb, tanınıb. Kino ustasının anadan olmasının 100 illiyi münasibətilə Ətraflı

“Özbək kinosu günləri” çərçivəsində ilk nümayiş Dövlət Film Fondunda baş tutdu

Azərbaycan Dövlət Film Fondunda “Özbək kinosu günləri” çərçivəsində ilk nümayiş baş tutdu. Əvvəlcə Özbəkistan kinematoqrafçılarının nümayəndələri Dövlət Film Fondunda filmlərin saxlanma şəraiti ilə tanış oldular. Artefaktlar muzeyini ziyarət etdikdən sonra qonaqlara Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev  Ətraflı

İstedadlı aktyor Müxlis Cənizadənin doğum günüdür

Azərbaycan teatr, kino sənətində daim peşəkarlıq nümayiş etdirən Əməkdar artist Müxlis Cənizadə yaddaşlardan silinməyən, adını qəlblərdə əbədiləşdirən sənətkarlarımızdandır. Özünəməxsus ifa manerası ilə bənzərsiz ekran obrazlarını böyük şövqlə geniş tamaşaçı auditoriyasına sevdirən aktyor milli kinomuzun unudulmaz simalarındandır. Qəlbəyatımlı səsi, aydın diksiyası Ətraflı