Arif Nərimanbəyov – 105

Azərbaycan  kinosunun inkişafında böyük xidmətləri olan, quruluş verdiyi (operator kimi) filmlərdə fərdi yaradıcılıq üslubuna uyğun olaraq ekran əsərlərinə uğur gətirən, həyatını bütünlüklə milli kinomuzun inkişafına həsr edən Respublikanın Əməkdar incəsənət xadimi, məşhur kinooperator Arif  Nərimanbəyovun 105 yaşı (13.04.1917-16.05.1992) tamam olur. Ətraflı

Ağasadıq Gəraybəylinin 125 illik yubileyi münasibətilə sərgi təşkil olunub

Azərbaycan Dövlət Film Fondunun ekspozisiyasında Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Ağasadıq Gəraybəylinin 125 illik yubileyi münasibətilə fotosərgi təşkil olunub. Fotosərgi tanınmış aktyorun kino yaradıcılığına həsr olunub. Təqdim olunan fotoşəkillərdə Ağasadıq Gəraybəylinin kinoda yaratdığı obrazlar və çəkildiyi filmlərin Ətraflı

İstedadlı kinooperator Əsgər İsmayılovun doğum günüdür

Kino onu sevənlərin, təfəkkürü, zəhməti sayəsində püxtələşdirənlərin sayəsində günü-gündən məşhurlaşır, sevilir. Elə buna görə də kollektiv sənət növü olan kinematoqrafiya onu sevdirənləri, inkişafı üçün böyük əmək sərf edənləri məşhurlaşdırır, yoxluqlarında belə unudulmağa qoymur. Azərbaycanın Əməkdar incəsənət xadimi, istedadlı kinooperator Əsgər Ətraflı

Fikrət Əhədov – 85

Kollektiv əməyin məhsulu olan kinonun ərsəyə gəlməsində kinorejissorlar, kinooperatorlar qədər kino rəssamlarının da əməyi, zəhməti böyükdür. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmlərdə çalışan görkəmli kino rəssamlarının peşə bilgisi, fərdi bacarığı həyatı kinoya gətirməyə, real və inandırıcı eskizlər, dekorlar Ətraflı

Yusif Vəliyev – 105

Azərbaycan teatr və kino sənətində bənzərsiz yaradıcılığı ilə yadda qalan, milli kinomuzun simasına çevrilən Respublikanın Xalq artisti, görkəmli teatr, kino aktyoru Yusif Vəliyevin anadan olmasından (22.03.1917-18.03.1980) 105 il ötür.  Ömrü boyu sənətin keşiyində duran, teatral və kino obrazlarını ali səviyyədə Ətraflı