“Miras” bədii-sənədli filmi beynəlxalq festivalda

Bakı Media Mərkəzi tərəfindən istehsal olunan, Nobel qardaşlarının Azərbaycanda neft sahəsində fəaliyyətinə həsr olunmuş “Miras” bədii-sənədli filmi Kanadada keçiriləcək 9-cu Kalqari Avropa Film Festivalında (Calgary European Film Festival) Azərbaycanı təmsil edəcək. Noyabrın 7-dən 15-dək davam edəcək film festivalı çərçivəsində ümumilikdə 20 Avropa ölkəsindən məşhur filmlərin izləyicilərə təqdim olunması nəzərdə tutulur. Festivalın rəsmi saytında “Miras” bədii-sənədli filmi haqqında ətraflı məlumat yerləşdirilib.
Link: https://calgaryeuropeanfilmfestival.ca/2020-films/miras/

05.11.2020