XI Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri məlum oldu

Dekabrın 10-dan 15-dək ölkəmizdə XI Bakı Beynəlxalq Qısa Filmlər Festivalı baş tutdu. Prodüser Fehruz Şamıyevin rəhbəri olduğu  “CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi Festivala ümumilikdə 72 ölkədən 3086 qısametrajlı film təqdim edilib, 85 film festivalın Beynəlxalq, Yerli və “Cinemobil” müsabiqəsində yarışmaq hüququ qazanıb.

11-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qaliblərini təqdim edirik.

FESTİVALIN YERLİ MÜSABİQƏSİNİN QALİBLƏRİ:

  • Ən yaxşı bədii film – “Üç yol”Rejissor: Azər Allahverdiyev
  • Ən yaxşı sənədli film – “Bir ata haqqında” Rejissor:Toğrul Musa,Nurlan Həsənli
  • Ən yaxşı animasiya filmi – “Quzğun” Rejissor: Fidan Axundova
  • Ən yaxşı sosial çarx – “Tezliklə” Rejissor: Nicat Qədimli
  • Ən yaxşı ssenari – “Üç yol” Rejissor:AzərAllahverdiyev
  • Münsiflər heyətinin diplomları

“Quyu”  -Rejissor:ElnurPaşa

“Sükut” -Rejissor:Ceyhun Türksoy

“Anamla dəqiqələr” – Rejissor:Sənan Səfərov

“Züleyxa ilə dialoqlar” – Rejissor:Rəşid Ağamalıyev

  • Cinemobil – “Ən yaxşı film”

“Bir zamanlar Dərnəgüldə” – Rejissor:Sənan Səfərov

  • “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatı

“Bakı küləyi” – Rejissor:Şirin Əhmədov

 – “AzərNyuMedia”şirkətinin mükafatı

“Döngə” -Rejissor:Vəfa Ağabalayeva

  • “ÖZ FİLM” şirkətinin xüsusi diplomu

“Tıq-tıq və dostları möcüzələr axtarışında”  – Rejissor:Sultan Abbasbəyli

FESTİVALIN BEYNƏLXALQ MÜSABİQƏSİNİN QALİBLƏRİ:

  • Ən yaxşı bədii film – “Stiker-Stiker”Rejissor:Georgi M.Unkovski (Makedoniya)
  • Ən yaxşı sənədli film – “Siz evdə olmalıydınız, səfehlər”(YOU SHOULD HAVE STAYED HOME, YOU MORONS) Rejissor:İnes Luis (Portuqaliya)
  • Ən yaxşı animasiya filmi – “Təbii seçim”(NATURAL SELECTİON) Rejissor:Aleta Rajiç (Bosnia-Hersoqovina)
  • Ən yaxşı rejissor– “Çarpayı”(THE BED) Rejissor:Daniela Abad Lombana (Kolumbiya)
  • Ən yaxşı sənədli film rejissoru – “Səmalar” (THE HEAVENS) Rejissor:Manuel Marini (İtaliya)
  • Ən yaxşı animasiya rejissoru – “Gəl, dünən görüşək”(LET’S MEET YESTERDAY) Rejissor: İva Tokmakçieva (Bolqarıstan)
  • Münsiflər heyətinin xüsusi mükafatı – “Əbədi gecə”(PERPETUAL NIGHT) Rejissor:Pedro Peralta (Portuqaliya)
  • Münsiflər heyətinin xüsusi diploma – “Uodun xına mərasimi”(WARD’S HENNA PARTY Rejissor: Morad Mustafa (Misir)
  • Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatı – “Sərsərilər” (DRİFTERS0) -Rejissor: Jay Ualker

16.12.2020