Əməkdar artist Elxan Qasımovun doğum günündə məzarı ziyarət olundu

Aprelin 24-də Əməkdar artist, kinorejissor, aktyor Elxan Qasımovun doğum günü münasibətilə sənətkarın xatirəsi məzarı başında anılıb.

Anım mərasimində Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Xalq artisti Xamis Muradov, Əməkdar incəsənət xadimi Tofiq Məmmədov və qurumun əməkdaşları iştirak ediblər.