Film Fonduna şəxsi arxivdən yeni materiallar daxil olub

Azərbaycan Dövlət Film Fonduna şəxsi arxivdən 1979-cu ildə çəkilmiş nadir fotoşəkillər daxil olmuşdur.

Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində (indiki Azərbaycan Milli Xalça Muzeyi) çəkilmiş fotoşəkillərdə Xalq artistləri Eldar Quliyev, Xəyyam Mirzəzadə, Xalq rəssamları Tokay Məmmədov, Kamil Əliyev və Əməkdar incəsənət xadimi Mürsəl Nəcəfovun görüntüləri əks olunub.

Daxil olan materiallar kinorejissor Eldar Quliyev və bəstəkar Xəyyam Mirzəzadənin şəxsi arxivlərinə əlavə olunacaq.