Azərbaycan-Türkiyə mədəni əməkdaşlığının mühüm istiqamətlərindən biri – Kino sənayesi

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində kino sənayesi, birgə festivalların təşkili, film və televiziya seriallarının istehsalı məsələləri diqqət mərkəzində olub.Martın 1-də Ankarada Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ilə Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirlən görüşdə, həmin gün baş tutan Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclasında mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib və bundan sonrakı dövr üçün birgə fəaliyyət barədə razılığa gəlinib.Kino sahəsində qarşılıqlı əməkdaşlıq çərçivəsində bir çox maddələr üzərində qarşılıqlı razılıq əldə olunub:- Müştərək filmlərin istehsalı və bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi- Müştərək serialların istehsalı ilə əlaqədar işlərin aparılması- Qarabağ mövzusunda müştərək filmlərin çəkilməsi- Müştərək film festivallarının keçirilməsi, həmçinin mədəniyyət paytaxtımız Şuşa şəhərində beynəlxalq film festivalına dair işlərin görülməsi- Film və serialların distribyusiyası və beynəlxalq platformalarda yayımlanmasına dair əməkdaşlığın genişləndirilməsi- Hər iki ölkənin dövlət və özəl kino qurumları və kinematoqrafçıları arasında təcrübə mübadiləsi- Azərbaycan və Türkiyə Film Komissiyaları arasında əlaqələrin yaradılması və təcrübə mübadiləsinin həyata keçirilməsi- Animasiya sahəsində peşəkarlıq səviyyəsinin artırılmasına dair işlərin aparılması – Təhsil və tədris layihələrinin təşkili – Hər iki ölkənin təşəbbüsü əsasında Türkdilli ölkələrin iştirakı və üzvlüyü ilə beynəlxalq ortaq film fondunun yaradılması istiqamətində müzakirələrin aparılması- Hər iki ölkədə uşaqlar və gənclər üçün kino mədəniyyəti ilə bağlı sosial layihələrin təşkiliHəmçinin Azərbaycan və Türkiyə arasında Mədəniyyət üzrə əməkdaşlıq Protokolunun imzalanması üçün zəruri işlərin görülməsi və Birgə Komissiyanın (İşçi qrupunun) növbəti iclasının 2022-ci ildə Azərbaycanda keçirilməsi barəsində razılıq əldə olunub.

Martın 2-də Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüş zamanı da kino sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, “Qafqaz İslam Ordusu”, Qarabağ Zəfəri və Xocalı faciəsi haqqında müştərək film istehsalının vacibliyi vurğulanıb.Həmçinin, TRT kanalının rəhbəri İbrahim Erenlə keçirilən görüşdə ortaq layihələrin hazırlanması və birgə həyata keçirilməsi haqqında müzakirələr aparılıb.

Film sənayesi sahəsində əməkdaşlığın perspektivləri martın 3-də baş tutan görüşlərdə daha ətraflı müzakirə olunub.TRT Kino Platosunda keçirilən görüşdə TRT Plato rəhbəri Yahya Tayyip Aydeniz ilə geniş ərazidə yerləşən və bir çox məşhur film və serialın istehsalının həyata keçirildiyi məkan və imkanlarla bağlı fikir mübadiləsi aparılıb.Anar Kərimovun “Netflix Türkiye” platformasının idarə heyətinin sədri Mithat Özbek ilə görüşündə beynəlxalq arenaya çıxmaq üçün Azərbaycanda yüksək potensiallı hekayə və mövzuların, habelə istedadlı kinematoqrafçıların olduğu vurğulanıb. Əvvəlki illərdə çəkilmiş Azərbaycan filmlərinin platforma üzərindən yayımı ilə bağlı müzakirələr də aparılıb.Türkiyədə fəaliyyət göstərən kino istehsalı, distribusiya və media şirkətlərinin rəhbərləri ilə də görüş keçirib. Görüşdə Türkiyənin əsas film istehsalı qurumlarının məsul şəxsləri iştirak ediblər: “Tims B Yapım” / “Tesiyap” – Timur Savcı, “Tims B yapım” – Burak Sağyaşar, “Sinegraf” – Osman Sınav, “Bozdağ Yapım” – Mehmet Bozdağ, “Akli Film” – Emre Konuk, “TESİYAP” – Burhan Gün, “Med Yapım” – Fatih Aksoy ,“Süreç Film” – Ali Gündoğdu, “Gold Yapım” – Faruk Turgut, “o3 Medya” – Saner Ayar, “Fokus Film” – Nilgün Sağyaşar, “Avşar Yapım” – Şükrü Avşar, “NTC Yapım” – Mehmet Yiğit Alp, “TMC Yapım” – Erol Avcı, “İntermedya” – Can Okan, “1441 Yapım” – İrfan Şahin, “Boyut Film” – Murat Tokat, “Tükenmez Kalem” – Gani Müjde, “Skala Medya” – İsmail Bayazıt və Canan Ekici“Haliç Medya İletişim A.Ş.” – Enis Güven,“Koru Medya” – Furkan Kaya, “Radadan Hayat Film” – Fatih Özcan. Qeyd edək ki, kino sahəsində Türkiyə ilə əməkdaşlıq və birgə fəaliyyət müştərək filmlərin ərsəyə gətirilməsi məqsədi daşıyır və təcrübə mübadiləsinin həyata keçirilməsinə xidmət edir.Görüşdə kino qurumlarının cari ildə nəzərdə tutulacaq film layihələrində prioritet mövzuların Azərbaycanla müştərək olacağı qeyd edilib və bu təşəbbüsün iki ölkə arasında əlaqələri daha da gücləndirəcəyinə əminlik ifadə olunub. Nazir Anar Kərimov müharibədə döyüşən qəhrəman əsgər və zabitlər haqqında yüksək səviyyəli bir film çəkmək üçün qardaş ölkənin kino şirkətləri ilə birgə çalışmaq niyyətində olduğunu bildirib, Türkiyənin bu sahədəki təcrübəsinin Azərbaycanda tətbiqinin nəzərdə tutulduğunu qeyd edib. Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyətinin üzvlərinin Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan, Kino Müdiriyyətin direktoru Erkin Yılmaz, direktor müavini Kemal Uysal ilə baş tutan yekun görüşündə imzalanan sənədlər və müzakirə edilən bütün məsələlər barədə hər iki ölkə tərəfindən ən qısa zamanda əməli və məqsədyönlü addımların atılacağı bildirilib, Türkiyə səfərinin nəticələrinin ən qısa müddətdə əks-səda verəcəyi və müsbət dəyişikliklərə səbəb olacağı vurğulanıb.

07.03.2021