Azərbaycan filmləri “Netflix”də yayımlana bilər

Azərbaycan filmlərinin “Netflix” platformasında yayımlanması barədə müzakirə aparılıb.

Mədəniyyət naziri Anar Kərimovun “Netflix Türkiye” platformasının idarə heyətinin sədri Mithat Özbek ilə görüşündə beynəlxalq arenaya çıxmaq üçün Azərbaycanda yüksək potensiallı hekayə və mövzuların, habelə istedadlı kinematoqrafçıların olduğu vurğulanıb.

Əvvəlki illərdə çəkilmiş Azərbaycan filmlərinin platforma üzərindən yayımı ilə bağlı müzakirələr də aparılıb.

Türkiyədə fəaliyyət göstərən kino istehsalı, distribusiya və media şirkətlərinin rəhbərləri ilə də görüş keçirilib. Görüşdə Türkiyənin əsas film istehsalı qurumlarının məsul şəxsləri iştirak ediblər.

10.03.2021