Rasim Ocaqovun şəxsi arxiv fondu yaradılıb

Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, Dövlət mükafatı laureatı Rasim Ocaqovun şəxsi arxiv fondu yaradılıb.

Fonda görkəmli sənətkarın 300-ə qədər nadir fotoşəkli, filmlərinin afişa və plakatları, müxtəlif albom, qəzet və jurnallarda dərc olunmuş məqalələr və s. arxiv sənədləri daxil edilib.

Fotoşəkillərin böyük əksəriyyəti görkəmli sənətkarın ailəsindən, həmçinin kinooperator Rafiq Qəmbərovun şəxsi arxivindən daxil olub. Xalq artistinin şəxsi arxiv fondunda Ukraynadan daxil olmuş arxiv materialları da yer alır.