“Mikayıl Abdullayev” sənədli filmi bərpa olunub

Azərbaycan Dövlət Film Fondu tərəfindən 1972-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmiş “Mikayıl Abdullayev” sənədli filmi bərpa olunub. Film görkəmli rəssam, qrafikaçı, Dövlət Mükafatı laureatı, SSRİ xalq rəssamı, professor Mikayıl Abdullayevin yaradıcılığından bəhs edir.

Filmdə rəssamın iş prosesi zamanı görüntüləri və yaratdığı əsərlər əksini tapmışdır. Filmin ssenari müəllifi Mailə Muradxanova, rejissoru Cəmil Fərəcov, operatoru Fəramiz Məmmədov, bəstəkarı Xəyyam Mirzəzadədir.

Film prezident İlham Əliyevin 10 sentyabr 2021-ci il “Mikayıl Abdullayevin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”na uyğun olaraq, Azərbaycan Dövlət Film Fondu tərəfindən bərpa olunmuşdur.

Filmdən bəzi kadrları təqdim edirik.