“Fulya” sənədli filmi Ankarada təqdim olundu

Azərbaycan və Türkiyənin müştərək istehsalı olan “Fulya” sənədli filminin oktyabr ayının 5-də İstanbulda, 9-da isə Ankara şəhərində premyerası keçirilib.

Premyerada filmin qəhrəmanı,  tanınmış Türkiyə telejurnalisti Fulya Öztürk, ölkəmizin Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin sektor müdiri Rüfət Əliyev, filmin prodüserləri –  “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov, “Dada Yapım” şirkətinin rəhbəri Özcan Dada, filmin yaradıcı heyəti, Ankarada yaşayan diaspor nümayəndələrimiz və digər qonaqlar iştirak ediblər.

Film 44 günlük Vətən Müharibəsində öz xidməti vəzifələrini yerinə yetirən Türkiyəli jurnalist Fulya Öztürk və operator Xəlil Qəhrəmanın yaşadıqlarından bəhs edir.

Filmin rejissorları Aykut Taşkın və Tahir Əliyev, operatoru Cengizhan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur.

Filmin çəkilişləri bu ilin iyun ayında Bakı, Gəncə, Bərdə və Tərtər ərazilərində aparılıb.