Kinorejissor Eldar Quliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Bakıda Eldar Quliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Binəqədi Mərkəzi Mədəniyyət evində Azərbaycan kinosunun görkəmli nümayəndəsi, rejissor və ssenarist, Dövlət mükafatı laureatı, Xalq artisti Eldar Quliyevin 80 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir zamanı aktyorun fəaliyyəti barədə məlumat verilib və onu tanıyarlar rejissor haqqında öz təəssüratlarını bölüşüb. Sonda isə Eldar Quliyevin çəkdiyi “Bir cənub şəhərində”, “Babək”, “Nizami” filmlərindən fraqmentlər nümayiş olunub.

Tədbir Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə həyata keçirilib.