Bərpa olunmuş “Fərhad. Portret cizgiləri” filminin təqdimatı keçirildi

Azərbaycan Dövlət Film Fondunda SSRİ Xalq artisti, görkəmli pianoçu, professor Fərhad Bədəlbəylinin iştirakı ilə onun yaradıcılığını özündə əks etdirən və kino lentindən bərpa olunmuş “Fərhad. Portret cizgiləri” sənədli filminin təqdimatı keçirilib. Film Fondunun direktoru Cəmil Quliyev filmin bərpa olunma tarixi haqqında çıxış edib, Fərhad Bədəlbəylini öz sənətinə sadiq ziyalı kimi səciyyələndirib. Diqqətə çatdırılıb ki, film 1987-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Rejissoru Cəmil Fərəcov, ssenari müəllifi Arif Əliyev, operatoru Sərdar Vəliyevdir.

Tədbirdə çıxış edən Fərhad Bədəlbəyli və filmin rejissoru Cəmil Fərəcov ekran əsəri ilə bağlı xatirələrini bölüşüblər, filmin bərpa edilməsində iştirak edənlərə təşəkkürünü bildiriblər.