Görkəmli kino xadimi Aydın Dadaşovun 70 illik yubileyi qeyd olundu

Azərbaycan Dövlət Film Fondunda  tanınmış kinoşünas, kinodramaturq, ssenarist və rejissor, filologiya üzrə elmlər doktoru, professor Aydın Dadaşovun 70 illik yubileyi münasibətilə xatirə gecəsi keçirilib. Gecədə A.Dadaşovun ssenari müəllifi olduğu və Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüş “Əks-səda” və “Balaban” sənədli filmlərinin bərpadan sonra ilk dəfə təqdimatı baş tutub.

Tədbirdə Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, kinoşünas Aydın Kazımzadə və rejissor Xamis Muradov çıxış edərək Aydın Dadaşov haqqında xatirələrini bölüşüblər.

Qeyd edək ki, nümayiş olunan filmlər 1987-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilib və hər iki filmin rejissoru Xamis Muradovdur.