Azərbaycan Dövlət Film Fondunda Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar 2021-ci ildə istehsal edilmiş “Oğul” sənədli filminin nümayişi keçirilib.
Film 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı itkin düşən hərbi əsir Natiq Qasımovun axtarışından bəhs edir.
Tədbirdə Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək, Xocalı soyqırımının, ümumilikdə, insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət olduğunu diqqətə çatdırdı. Sonra tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.