Dövlət Film Fondunda Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edildi

Sentyabrın 27-də Azərbaycan Dövlət Film Fondunda Anım Günü münasibətilə tədbir keçirildi.

Tədbirdə çıxış edən Fondun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev 44 gün davam edən Vətən müharibəsində ordumuzun qazandığı tarixi qələbədən söz açdı, zəfərlə başa çatan müharibədə müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyevin başçılığı ilə vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışdı.

Tədbirin sonunda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 sentyabrın Anım Günü kimi qeyd edilməsi Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.