Azərbaycan Dövlət Film Fondunun rəhbərliyi Zəfər parkını ziyarət edib

Sentyabrın 27-də Anım Günü münasibətilə Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev və bir qrup kino xadimi Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət ediblər.

Kino xadimləri parkın girişində xatirə daşının önünə gül dəstələri qoyaraq ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.